//EXO-dan D.O könüllü hərbi xidmətə başlayır

EXO-dan D.O könüllü hərbi xidmətə başlayır

EXO-dan D.O  bu il hərbi xidmətə başlayır.

Məlumata görə D.O iyul ayının 1-i aktiv şəkildə əsgərliyə başlayacaq. 1993-cü il təvəllüdlü EXO üzvünü hərbi xidmətini 5 dəfə təxirə sala bilər və 2021-ci ildə 28 yaşında hərbi xidmətə başlaya bilərdi. Lakin D.O vaxtından əvvəl könüllü olaraq hərbi xidmətə baş vurub.

SM Entertainment və EXO üzvləri ilə görüşdükdən sonra D.O bu qərarı verib. Beləliklə, Xiumindən sonra əsgərliyə yollanan 2-ci EXO üzvü D.O olacaq.

SM Entertainment:

“EXO-dan D.O hərbi xidmətə qəbul üçün qeydiyyatdan keçib və iyul ayında hərbi xidmətə başlayacaq. May ayının 7-si Xiuminin hərbi xidmətə başlaması ilə yanaşı D.O-da mümkün olduqca qısa zamanda əsgərliyini başa vurmaq istədiyini dilə gətirib. Şirkət və qrup üzvləri ilə danışdıqdan sonra qeydiyyat üçün baş vurub. D.O səəsiz şəkildə hərbi xidmətə başlamaq istəyir . Buna görə də onun bu istəyinə hörmət edərək hərbi xidmətə yollanma  vaxtını və saatını bildirməyərək , heç bir tədbir keçirməyəcəyik.”

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova