//EXO-dan Çhanyol(Chanyeol) və Sehun birlikdə ikili debut edəcəklər

EXO-dan Çhanyol(Chanyeol) və Sehun birlikdə ikili debut edəcəklər

EXO-L-lərin şübhələri nəhayət ki, SM Entertainment tərəfindən təsdiqləndi.

iyun ayının 5-i SM Entertainment nümayəndəsi “EXO qrupundan Çanyol və Sehun ilk dəfə ikisi birlikdə yeni bir albom hazırlayır və albomun iyul ayında çıxarılması planlaşdırılır. Bizi gözləyin” -deyə açıqlama verib.

Daha öncə Çanyol və Sehun “We Young”“X Station 0” üçün birlikdə çalışmışdılar.

Həmçinin, keçən ay pərəstişkarlar ÇhanyolSehunun ikisinin birlikdə klip yayımlayacağından şübhələnmişdilər və dünyanın dörd bir yanından olan pərəstişkarlar gözləntilərini yüksəltmişdi. Nəhayət ki, bu gün SM Entertainment pərəstişkarların şübhələrinin doğru olduğunu təsdiqlədi.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova