//EXO, BLACKPİNK, SEVENTEEN, BTS, TWICE və digər qruplar Gaon-da albom, yüklənmə və dinlənmə kateqoriyasında sertifikat aldılar

EXO, BLACKPİNK, SEVENTEEN, BTS, TWICE və digər qruplar Gaon-da albom, yüklənmə və dinlənmə kateqoriyasında sertifikat aldılar

7 mart tarixində Gaon Chart, albom satışları, yüklənmələr və dinlənmə kimi üç fərqli sertifikatlaşdırma kateqoriyasında 2019-cu il Mart ayı üçün sertifikat alan sənətkarları, albomları və mahnıları açıqladı.

Albom satışlarında, EXO-nun beşinci repackage albomu “Love Shot” satılan 500.000 surəti keçdiyi üçün “İkiqat Plat” adlı sertifikat aldı. BLACKPİNK-in “Square Up” albomu və Seventeen-in altıncı mini albomu “You Made My Dawn” 250.000-dən çox satıldığı üçün “Plat” sertifikatı aldılar.

Yüklənmə kateqoriyasında Roy Kim-in “Only Then” və Paul Kim-in “Every Day, Every Moment” mahnıları çeşidli musiqi servis platformaları vasitəsilə 2,5 Milyon yüklənməni keçdiyi üçün “Plat” sertifikatı aldı. Bu iki mahnı, bu sertifikatı alan ilk və tək İKON-un “Love Scenario” mahnısından 4 ay sonra ikinci və üçüncü sıradadır.

Son olaraq, dinlənmə kateqoriyasında, Ben-dən “Love ing”, BTS-dən “Fake Love” və TWİCE-dan “Dance The Night Away”  100 milyon dinlənməni keçdiyi üçün “Plat” sertifikatı aldılar.

Sertifikat qazanan bütün sənətkarları təbrik edirik!