//EXID qrupunun üzvü Solci aşağıda adı yazılan aktyoru öz ideal oğlan tipi adlandırdı

EXID qrupunun üzvü Solci aşağıda adı yazılan aktyoru öz ideal oğlan tipi adlandırdı

 

May ayının 24-də “SBS PowerFM” dalğasının “Choi Hwa Jung’s Power Time” verlişinin qonağı olan EXID qrupunun qızları, aparıcı Çoi Hva Conqun (Choi Hwa-jung) suallarını cavablandırıblar. Aparıcı ideal oğlan tiplərindən söhbət açaraq: “ideal oğlan tipiniz kimdir?” sualına müğənni Solci: “Mənim ideal oğlan tipim aktyor Kim Su Hyondur (Kim Soo-hyun). Onun yaraşıqlı üz qurluşu və iri dodaqları mənim çox xoşuma gəlir” deyə cavab verib. Daha sonra aparıcı: “Pis oğlanlardan xoşunuz gəlirmi?” sualına Solci belə cavab verib: “Mən pis oğlanları xoşlayıram, amma pis insanları yox. Bir insan özünü bütün insanlara qarşı pis aparanda, dəqiqləşdirməyə çalışıram bu mənim xoşuma gəlir ya yox. Düşünürəm ki, bütün qadınlara qarşı sadəcə soyuq olsa kifayətdir. Hamıya gülən, hamı ilə mehriban olan oğlanlardan xoşum gəlmir” deyə cavab verib.

Bəs sizin ideal oğlan tipiniz hansı aktyordu?

 

TAGS: