//“Eulachacha Waikiki 2” serialının ilk təqdimat videosu yayımlandı

“Eulachacha Waikiki 2” serialının ilk təqdimat videosu yayımlandı

Əsas heyətində Li Yi Kyunq, Kim Sun Ho, Şin Hyun Su, Mun Ka Yonq, Ahın So He və Kim Ye Vonun yer aldığı “Eulachacha Waikiki” serialının ilk təqdimat videosu yayımlandı.

Serial, Waikiki adlı bir qonaq evində yaşayan bir qrup gəncin dostları, sevgiləri və xəyalları haqqındadır. Li Cun Ki yenə iflasın astanasına gələn qonaq evini iflasdan xilas etmək və yenidən canlandırmaq məqsədilə qonaq evinə sərmayə qoymaları üçün liseydən iki yoldaşını razı salar.

Serialın rejissor kreslosunda “Giant”, “Midas”, “Man X Man”, “Remember” və “Birth of a Beauty”, “Eulachacha Waikiki” seriallarını idarə edən Li Çenq Min oturur. Serialın ssenaristliyini “Eulachacha Waikiki” serialını birlikdə qələmə alan Kim Ki Ho və Sonq Ci In ediir.

Serialın ilk bölümünün 25 martda yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan