//“Encounter” serialının yeni bir fraqmenti yayımlandı

“Encounter” serialının yeni bir fraqmenti yayımlandı

tvN-in yaxınlaşan “Encounter” serialının beşinci fraqmenti yayımlandı.

Serial, dünyadakı hər şeyə sahibi kimi görünən ancaq heç vaxt özü üçün yaşamamış bir qadın (Song Hye-Kyo) ilə onun tam əksi, heç bir şeyə malik deyilmiş kimi görünən ancaq saf və azad ruha malik bir adamın (Park Bo-Gum) arasındakı romantik münasibətdən bəhs edir. İkisi də bir günlük belə olsa bir-birlərinin həyatını yaşamaq istəyirlər. Serial, “zəngin və hörmət tələb edən bir həyatdan mı əl çəkmək?” yoxsa “normal bir həyatdan mı imtina etmək” daha çətindır sualına yönəlir.

Serialın ssenaristliyini “Bel Ami” və “Entertainer” serialları ilə yanaşı “Take Off 2” və “My Annoying Brother” filmlərini qələmə alan Yoo Young-Ah edir. Serialın rejissor kreslosunda “Jealousy Incarnate”, “Hyde Jekyll, Me”, “Angel Eyes”, “Queen of Ambition” ve “Phantom” seriallarının rejissoru Park Shin-Woo oturur. Serialın prodüser şirkəti Bonn Factory isə daha əvvəl “Whats Wrong with Secretary Kim”, “Le was Pretty” və “The Masters Suyun” seriallarının prodüserliyini üzərinə götürmüşdü.

Serialın ilk seriyasının 28 Noyabrda yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)