//Dispatchın Suganın “What Do You Think” mahnısı haqqında məqaləsi

Dispatchın Suganın “What Do You Think” mahnısı haqqında məqaləsi

Big Hitin medyaya verdiyi açıqlamalar aşağıdakılardır.
“Prodüser mahnını bilmədən ümumi atmosfer əsasında seçib. Şirkət yoxlama zamanı nümunənin uyğun olmadığına nəzər yetirməyib.” (Big Hit)

Dispatch tərəfindən bir neçə sual da verildi. Məsələn, baş istehsalçının (Suga) rolu. “Sənətçinin özünün belə düşünmədiyi problem” -deyə BigHitə sual verdik.
Lakin şirkətin cavabı tutarlı idi.
BH: “Rəsmi açıqlamada deyildiyi kimi, nitq üçün vokal nümunələri digər istehsalçı tərəfindən xüsusi istək olmadan seçilib.”
Big Hitin vurğuladığı ifadə; ‘Xüsusi istək yoxdur ‘.
Onların verdikləri cavablarda 1%-lik belə şübhə yoxdur.Çünki xüsusi istəkləri olmadığı bildirilir.
‘Dispatch’ olaraq məsələni hərtərəfli şəkildə araşdırdıq.

1. Kiminsə çıxışını qoymaq istəyirlər?
Əvvəla, ‘Splice’ dən keçmək lazımdır. Bu ABŞ-dakı ən böyük nümunə platformasıdır. Dünyadakı istehsalçılar nümunələri ən çox burada qeydiyyatdan keçirir və satırlar.
‘Dispatch’ olaraq axtarmağa cəhd etdik. ‘Danışma'(speech) düşündüyünüz zaman ağla gələn ilk söz? Platformada cəmi 89 nümunə sənədləri var idi. Ancaq Jim Jonesla bağlı heç bir danışma haqqında sənəd yoxdur.

2. Dindarların nitq səsi gərəkdir?
Axtarış yerinin səs kateqoriyasında ‘din’ axtarıldığı zaman iki nümunə paketi ortaya çıxır. Birincisi “Vintage Vocals: Twisted Religion” bu paketdə 101 nümunə ortaya çıxır.
‘Dispatch’ qeyd edilmiş sənəd 52(5 saniyə) və sənəd nömrə 96 (6 saniyə)-a nəzər yetirdi. “What Do You Think?” giriş hissəsindəki monoloqdur. Eyni uzunluqdadırlar.(5 saniyə, 6 saniyə). Bəs sizcə bu təsadüfdür? Jim Jonesin iki danışıq vokalından istifadə ediblər.

3. O,(suga) Jim Jonesi tanıyırdı?
Suganın başçılıq etdiyi prodüser heyəti Jim Jonesi tanıyırdımı? ‘Dispatch’ BigHitə axtarış açar sözü ilə əlaqədar sual verdi. Ancaq BigHit rəy bildirmədi. Onlar bununla bağlı heç bir cavab vermədilər.
Axtarış qutusunda ‘Jim Jones’ adı ilə axtarış aparıldıqda 1336 fayl tapıldı. ‘Jim Jones’ unikal adı altında isə 4 fayl tapıldı. Bunlar arasında ‘Vintage Vocals:Twisted Religion’ paketi də var idi.

4.”Vintage Vocals: Twisted Religion”
Yenə vəziyyətlə bağlı bir hipotez edək.Deyək ki, Suga,EL CAPITXN və GHSTLOOP Jim Jones’u tanımır. Ancaq
‘Vintage Vocals: Twisted Religion’-ın sənədində açıqlama bölməsi var idi. Nümunədən istifadə edərkən sənədləri də oxumayıblar?

5. Nümunə paket sənədlərini oxuyublar.
Bu ‘Dispatch’-ın təsdiq edilmiş nümunə paketi təlimatıdır.
“Twisted Religion” dini lider Jim Jonesin səsi də daxil olmaqla, emosialar ilə yüklənmiş nitq, xütbələr, mitinqlər və çıxışlardan ibarətdir.

6.Sənəd haqqında olan açıqlamanı oxumamış olsalar belə…
Big Hitin açıqlaması: ”İstehsalçılar Jim Jonesun varlığından xəbərdar deyildilər.Uyğun olmayan bir nümunə olub olmadığını bilmirdik.”
Yeri gəlmişkən, nümunə paketinin adı “Twisted Religion”dur. Nəyə görə sənədin adından şübhələnməyiblər?
BTS-in fəaliyyətinin əsas tərəfi dini etiqaddan ehtiyat edən Birləşmiş Ştatlardır.
Hətta Jim Jonesın adının olduğu bir fayl (jim_jones_on_reality.wav, jim_jones_socialism_rant_01.wav) belə var ki, bu faylda açar sözlər Jim Jones və ‘dəhşətli Jim Jones”-dir.

7.Onlara mövzu haqqında dərindən axtarış etmək lazım idi?
Onlar axtarış etməyi bəhanə gətirsələr belə, “google”da Jim Jones adını axtarsanız, minlərlə faciəli mənbə ortaya çıxır.
Jim Jones Amerikanın ən qəddar dini lideridir. 1978-ci ilin noyabr ayında 900-dən çox dindar Cənubi Amerikanın cəngəlliklərində mühasirəyə alındı ​​və kütləvi intihara səbəb oldu. Bu Amerika tarixindəki ən böyük qırğındır.

8.Onların(BigHit) bilmədikləri ‘Zəhər’.
‘What do you think’in introsu cəmi 11 saniyədir.Jim Jonesin nitqi isə iki dəfə səslənir. Beş saniyə və altı saniyə olaraq əlavə olunub. Təsadüfən bütün səslərdən Jim Jonesi seçiblər.

52-ci fayl və 96-cı fayl <sm101_vv_faithful_workers.wav> seçilib və bir birilə əlaqələndirilib.
Sugaya inanmaq istəyirik. İndiyə qədər göstərdiyi sözlər və hərəkətlər hər kəsdən daha ehtiyatlı və ciddidir. Bəli, ehtimal ki, Jim Jonesu tanımırdı. Yeri gəlmişkən, onlar ‘zəhər’i bilmirdi.

9. Suga ‘Mix Tape’in sahibidir.
‘D-2’nin əsas istehsalçısı Agust D-dir.
Suga ‘What Do You Think’ də səsyazma prodüseri olaraq təyin olunmuşdur. Qeyd prosesində ümumi uyğunluğu təyin etmək onun vəzifəsinin bir hissəsidir.
Mastering prosesi də cəfəngiyatdır. Mastering- sənətkarların, bəstəkarların, mühəndislərin və A&R komandalarının hazırlanan mahnının son halını yoxlamaq üçün toplaşdıqları prosesdir. Necə olub ki, heç kim bu qəribə səsə fikir verməyib?

10. Bütün bunlar ‘Hater’lər üçündür?
Bəzi BTS pərəstişkarlarl Suganı dəstəkləyir. Onların məntiqi belədir;
“Jim Jones insanları ölümə sürükləyən təsəvvürün tipik simvoludur. Yəni Haterlərin dedikləri sözün həqiqi mənasında lazımsızdır.Bunları haterləri təsvir etmək üçün yazıb. Yazdıqlarında səmimi deyil.”
Ancaq haterləri faciə ilə ifadə etmək düzgün deyil. Fərdi əzablar, din, irq və milli faciələr fərqli keyfiyyətlərdir.

11. Özünə inamın cazibəsi-Suga
BTS koreyalı idollar olaraq məhdudlaşacaqlarmı? Onlar dünyanın ən nüfuzlu qrupudur. BTS-in hazırda ehtiyac duyduğu şey ‘qalxan’ deyil. Ağrı verə bilər, amma onların hazırda ‘Nizə’-yə ehtiyacları var.
Suga tənqiddən ayağa qalxacaq. Səhvləri təkrarlamaq lazım deyil. Ancaq ümid edirik ki, kiminsə arxasında gizlənməyəcək.

Mənbə: Koreadispatch

TAGS:
Elmina Səfərova