//Dispatch ilin ilk cütlüyünü açıqladı

Dispatch ilin ilk cütlüyünü açıqladı

Dispatch hər il olduğu kimi yeni ilin ilk cütlüyünü açıqladı!

1 yanvar tarixli Dispatch mediasının verdiyi məlumata görə, məşhur TVN serialı olan “Crash Landing On You” serialının ən yaxşı aktyorları Hyun Bin və Son Ye Jin sevgilidirlər.

İki ulduz ilk dəfə 2018-ci ildə “Negotiation”filminin premyerasından qısa müddət sonra sevgili iddiaları ilə qarşılaşmışdı. İddialar tez bir zamanda rədd edildi və  söz-söhbətlərin böyük ölçüdə həm ekranda həm də ekrandan kənarda olan Hyun Bin və Son Ye Jin-in güclü kimyası səbəbindən olduğu deyildi.

Sonra, 2019-cu ilin yanvarında Hyun Bin və Son Ye Jin Los-Angelesdə birlikdə göründülər və bir daha sevgili söz-söhbətlərinə səbəb oldular. Söz-söhbətlər, o vaxt yenidən rədd edildi: “Filmlərinin tanıtımlarını bitirdikdən sonra, Hyun Bin və Son Ye Jin ikisi də LA-da tətilə çıxdılar. Ayrı-ayrı getdikdən sonra hər ikisi eyni zamanda LA-da olduqları üçün  görüşməyə qərar verdilər.”

Cütlüyün 3-cü tanışlıq şayiələri 2020-ci ilin yanvarında başladı. Bu dəfə bir media müxbiri sadəcə Hyun Bin və Son Ye Jin arasında evlilik müzakirələrinin olduğunu çox dəlil olmadan iddia etdi. Hər iki tərəf tanışlıq və evlilik söz-söhbətlərini qətiyyətlə rədd etdi.

İndi Dispatch, Hyun Bin və Son Ye Jin’in əsl münasibətdə olduğunu söyləyir. 1 yanvar 2021-ci ildə yeni yayımlanan hesabata görə, Hyun Bin və Son Ye Jin son 8 aydır görüşürlər.

İddialara görə, Hyun Bin ilə tanış olan bir adam Dispatch-ə “Serial çəkilişlərini bitirdikdən təxminən 3 ay sonra düşünürəm ki, bir-birlərini tez-tez görmədikləri üçün bir-birləri üçün darıxdılar.” dedi

Hyun Bin, Son Ye Jin və “Crash Landing On You” serialının digər aktyor heyətinin, serial bitdikdən sonra iki ulduzun (hər ikisi 1982-ci il təvəllüdlü) tez-tez güclü uyğunluqlarını və əlaqələrini nümayiş etdirdikləri görüşlər təşkil etdikləri bildirildi.

Dispatch ardından Hyun Bin və Son Ye Jin-in birlikdə golf oynadığı ehtimal olunan bir fotoşəkili yayımladı. Son Ye Jin, şəkildə Hyun Bin-in idarə etdiyi bir avtomobilə minmək üzrədir. Hyun Bin-in cütlüyü bir golf klubuna apardığı və Son Ye Jin-ə bəzi hərəkətlər öyrətdiyi deyilir.