İyun ayının 12-si Dispatch, IKON qrupunun lideri B.I-ın KakaoTalk mesajlarına əsaslanaraq , 3 il öncə narkotik satın alıb istifadə etdiyi ilə bağlı məqalə yayımladı.
Dispatch 2016-cı ildə B.I-ın bir qadın satıcı “A” ilə əlaqə quraraq LSD adlı narkotik maddə aldığını və istifadə etdiyini iddia edib. Həmçinin məqalədə “A”-nın həbs olunmasından və telefonunun polis tərəfindən axtarılmasına baxmayaraq, polisin B.I-ı sorğuya çağırmadığı da bildirilir. 2016-cı ilin aprel ayından etibarən B.I-ın qadın satıcı “A” ilə arasında keçən söhbətin KakaoTalk mesajları da paylaşılıb.
LSD (Lysergic turşusu dietilamid) və ya LSD-25 Albert Hoffman tərəfindən kəşf edilən təbii kimyəvi psixoaktiv halusinogendir.
B.I: Kkkk mən LSD qəbul etmək istəyirəm, güclüdür?
A: Ölkəmizdə LSD birinci dərəcəli ən yaxşı dərman sayılır.
B.I: Kkkk bunu demirəm. Dərmanın gücü
A: Demək istəyirəm ki, təsiri də güclüdür.
B.I: İstədiyim qədər ala bilərəm?
A: Düzdür.
B.I: 3dənə satın alım? Pul yığmalıyam. Satın alsam endirim edə bilməzsən?
A: Yox amma LSD-yə başlasan Marixuana zarafat olacaq və beləliklə kokainə qədər gedəcəksən. Sonra həqiqətən də başın bəlaya girəcək.
B.I: Narahat olma , sadəcə bunu edirəm çünki dahi olmaq istəyirəm.
A: Buna davam eləsən axırın OOO kimi qurtaracaq.
B.I : Həyatımda tekcə bir dəfə edəcəm bunu. Düzünü desəm hər gün bunu etmək istəyirəm amma çox bahadır. Bəs doğurdan da LSD-dən istifadə edəndə nəsə görürsünüz? Qrafikalar, halüsinasiya kimi şeylər?
B.I: Bir dəfədə 1 dəstə almalıyam? Kkkk 1dəfədə 10?
A: Onda təkrar satın almaqdan narahat olursan ?
B: Hə, mən sadəcə 1.000.000(800$) von dəyərində şeylər almaq istəyirəm.
A: 1.000.000 von hardasa 6-dır. 10 dənə istəyirsənsə 1.500.000 vondur.
B.I: Bahadır Kkk. Topdan alanda endirim yoxdur?
A: Soruşaram Kkkk Buna görə birimci dəfədən az almağını demişdim.
B.I: Kkk elə deyiləm. Başdan başlayacam kişilərin olması lazım olduğu kimi. Ancaq topdan alanda indirim olub olmadığını soruşun.
A: Soruşacağam.
A: Hey, heç kimlə narkotik haqqında danışma.
B.I: Kkk səndən soruşuram çünki əvvəlcə sənlə eləmişəm (dərman almaq)
A: Bunu davam elətdirsəniz CEO Yanq ilə başı bəlaya girən mən olacam. Diqqətli ol Kkkk.
B.I: Dərhal anlaya bilirsiz?
A: Ağzını bağlı tut.
B.I : Ağzımı bağlı tutduğum müddətdə narkotikdən tutulmayacam. Tutulmaq üçün onurğa testi eləmək lazımdır.
A: Telefonuna baxmadıqlarını düşünürsən Kkk Bütün KakaoTalk mesajlarına baxırlar.
B.I: Hə, bunun riskli olduğunu bilirəm. İndilik bu söhbəti silim.
A: Kkkkk
B.I: Mən qorxaqam buna görə lənətə gəlsin bu söhbəti silməliyəm Kkk Makaodayam. Şənbə günü Koreyaya qayıdacam. Səndən bir neçəsini alaram.
2016-cı ilin avqust ayında A, Seuldakı bir mənzildə qanunsuz narkotik əməliyyatları apardığı üçün tutuldu. Polis A-nın telefonunda axtarış etdi. A xaricdəki B.I-a 10 ədəd LSD verdiyini etiraf etdi.
Həmçinin Dispatch A ilə çalışan başqa bir narkotik satıcısı olan C-nin polisə B.I-ın həqiqi adı Kim Han Bin olan bir siyahı verdiyini bildirdi.
Ancaq qısa müddət sonra 3.cü sorğu zamanı polis, A-nın etirafını geri aldığını və B.I-ın narkotik vasitələri hardan aldığını bilmədiklərini dediklərini bildirdi. Dispatch A-nın 1-ci və 2-ci sorğu zamanı YG Entertainment ilə təmasa keçdiyini düşünür. A 22 avqust tarixində 1-ci və 2-ci sorğusuna qatıldı. Daha sonra sərbəst buraxılan A, 30 avqust tarixində 3-cü sorğusunu keçirib. Dispatcha görə A, 1 həftə ərzində YGE ilə təmasa keçib. YGE , A-ya vəkil tutub və B.I ilə bağlı ifadəsini geri almağını söyləyib.
A-nın 3-cü sorğusu nəticəsində polis B.I-i istintaqa çağırmadan istintaqı yekunlaşdırıb.
‘
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021