//Dispatch G-DRAGON və Jennienin sevgili olduğunu açıqladı

Dispatch G-DRAGON və Jennienin sevgili olduğunu açıqladı

Dispatch BIGBANdan G-Dragon və BLACKPINKdən Jennienin bir ildən çoxdur ki, münasibət qurduğunu bildirdi.

G-Dragon və Jennienin gizli görüşmələrinin şahidi olduqlarını öz hesabatında paylaşdı.Xəbərə görə, iki məşhur eyni ​​tarixlərdə eyni evdə idilər. Dispatch Dragonun Jennienin şəxsiyyətinin ortaya çıxmadan evinə gəlib gedə bilməsi üçün fərdi istifadə edə biləcəyi parkinq və lift inşa etdirdiyini ortaya qoyub.

Dispatcha görə, Jennie gündəlik fəaliyyətləri bitdikdən sonra G-Dragonun evini ziyarət edib. Daha sonra evə qayıdıb və ertəsi gün eyni hadisə təkrarlanıb. Həmçinin, G-Dragon və Jennienin münasibətini YG Entertainment içərisində hamının bildiyi bir sirr olduğu və Jennienin menecerinin onu G-Dragonun evinə apardığı bildirdi. Bəzən də G-Dragonun meneceri Jennieni evə gətirib.

31 yanvar tarixində BLACKPINK-ın onlayn “THE SHOW” konsertində, Dispatch Jenninin səhər G-Dragon-un evindən çıxaraq konsert yerinə getdiyini açıqlayıb. Dispatcha görə G-Dragonun avtomobili də həmin yerdə idi.

“YG-dəki bir çox insan onların münasibətlərinin fərqində idi”- deyən iki sənətçiyə yaxın bir şəxs, “Jennienin anası G-Dragon ilə əlaqəsindən də xəbərdardır. Ona xüsusi qayğı göstərdiyinə görə minnətdardır. “- deyə bildirib.

YG Entertainment hesabata cavab olaraq “Sənətçilərimizin şəxsi həyatları ilə bağlı heç bir şey təsdiq edə bilmərik. Bizi anlamağınızı istəyirik. ”

 

 

 

Elmina Səfərova