//“Different Dreams” serialının yeni bir fraqmenti yayımlandı

“Different Dreams” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində İ Yo Von, Yu Ci Te, Lim Cu Hvan və Nam Qyu Rinin yer aldığı, MBC-nin “Different Dreams” adlı yeni serialının ikinci fraqmenti yayımlandı.

Serial, Koreyanın Yapon müstəmləkə dövründə, Qyonqsonq (indiki Seul), Mançuriya və Şanxayda baş verir. Koreyanın müstəqilliyi üçün verilən mübarizə izah edilir.

“Different Dreams” serialının rejissor kreslosunda “Saimdang, Lights Diary” və “Bride of the Century” seriallarının rejissoru Yun Sanq Ho oturur. Serialın ssenaristliyini “IRIS” və “IRIS 2” seriallarınıı qələmə alan Co Kyu Von edir.

Serialın ilk bölümünün, mayda yayımlanması planlaşdırılır.

 

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan