//“Different Dreams” serialının ilk afişi yayımlandı

“Different Dreams” serialının ilk afişi yayımlandı

Əsas heyətində İ Yo Von, Yu Ci Te, Lim Cu Hvan və Nam Qyu Rinin rol aldığı, MBC-nin “Different Dreams” adlı yeni serialının ikinci fraqmenti yayımlandı.

Serial Koreyanın Yapon müstəmləkə dövründə, Qyonqsonq (indiki Seul), Mançuriya və Şanxayda keçir. Koreyanın müstəqilliyi üçün mübarizədədən danışılır.

İ Yo Von serialda Cosonlu bir cərrah olan İ Yonq Cin obrazını canlandırır. Yapon bir ailə tərəfindən yetişdirilmişdir.

Yu Ci Te serialda Koreyanın müstəqilliyi üçün döyüşən gizli bir qrupun lideri olan Kim Von Bonq obrazını canlandırır.

Lim Cu Hvan serialda Yapon bir prokuror olan Fukuda obrazını canlandırır.

Nam Qyu Ri serialda məşhur bir müğənni olan Miki obrazını canlandırır.

“Different Dreams” serialının rejissor kreslosunda “Saimdang, Lights Diary” və “Bride of the Century” seriallarının rejissoru Yon Sanq Ho oturur. Serialın ssenaristliyini “IRIS” və “IRIS 2” seriallarını qələmə alan Co Kyu Von edir.

Serialının ilk bölümü mayın 4-də yayımlanacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan