//“Different Dreams” serialını yeni bir fraqmenti və afişası yayımlandı

“Different Dreams” serialını yeni bir fraqmenti və afişası yayımlandı

Əsas heyətində İ Yo Von (Lee Yo-Won), Yu Cİ Te (Yoo Ji-Tae),Lim Cu Hvan (Lim Ju-Hwan) və Nam Qyu Rinin (Nam Gyu-Ri) olduğu, MBC-nin “Different Dreams” adlı yeni serialının üçüncü fraqmenti və ikinci plakatı yayımlandı.

Serial Koreyanın Yapon müstəmləkə dövründə, Qyonqsonq (indiki Seul), Mançuriya və Şanxayda baş verir. Koreyanın müstəqilliyi üçün verilən mübarizə izah edilir.

Yayımlanan plakatın şüarı kimi bu sözlər yazılıb: “Eyni yuxu, fərqli yol”.

“Different Dreams” serialının rejissor kreslosunda “Saimdang, Lights Diary” və “Bride of the Century” seriallarının rejissoru Yun Sanq Ho (Yun Sang-Ho) oturur. Serialın ssenaristliyini “IRIS” və “IRIS 2” seriallarını qələmə alan Co Kyu Von (Jo Kyu-Won) edir.

Serialın mayın 4-ü yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan