Kanal A BIGBANG-dan Desonq(Daesung)a aid binada qanunsuz işlər görüldüyü haqqında xəbər yayımlayıb.
Hal-hazırda hərbi xidmətdə olan Desonq binanı 2017-ci ildə 31 milyard vona satın alıb.
Channel A 8 mərtəbəli binanın 5 mərtəbəsinin rəsmi sənədlərdə bildirilənlərin əksinə böyüklər üçün əyləncə müəssəsələri olduğunu açıqlayıb.
Bina Qanqnam bölgəsinin mərkəzində yerləşir. Binada müxtəlif restoranlar və qaleriyalar fəaliyyət göstərir.
Channel A-nın bildirdiyinə görə 5-8 mərtəbəyə lift ilə qalxmağın mümkün olmadığı bildirilib. 8-ci mərtəbə dəmir hasarla bağlıdır və xalqa açıq deyil.
Müxbirlər bu müəssəsənin sadəcə rəsmi müştərilər üçün olduğunu və hər kəsin girə bilmədiyini bildirib.
Channel A binanın ətrafındakı qonşulardan müsahibə alıb və 8-ci mərtəbənin gecələr açıldığını, qadın və kişilərin birlikdə orada vaxt keçirdiklərini bildirib.
Desonqun əmlak təmsilçisi : “Desonq binanın sahibidir. Ancaq, binadakı müəssəsələr ilə heç bir əlaqəsi yoxdur. O sadəcə müəssəsə sahiblərinə binanı kirayələyir. Qanunsuz fəaliyyət göstərən müəssəsələr araşdırılacaq və müqavilələr ləğv olunacaq.”
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021