//“Descendants of the Sun” serialının senaristi və rejissoru yenidən yeni serialda birlikdə

“Descendants of the Sun” serialının senaristi və rejissoru yenidən yeni serialda birlikdə

 

Senarist Kim In Suk (Kim Eun-sook) və rejissor Bek Sanq Hunun (Baek Sang-hoon) “Descendants of the Sun” serialındakı birgə işləridən sonra, yenidən yeni bir serialda birləşəcəkləri deyilir. May ayının 3-də TV Report tərəfindən yayılan xəbərlərdə, yeni layihənin 2020-ci ilin mart ayında yayımlanması planlaşdırıldığı deyilir. Rejissor Bek Sanq Hun (Baek Sang-hoon) serialın aktyor birliyini, özü şəxsən secəcək. Qeyd edək ki, həm rejissor Bek Sanq Hun (Baek Sang-hoon) həm də, senarist Kim In Suk (Kim Eun-sook) peşəkar və işini bilən insanlardır. Senarist Kim In Suk (Kim Eun-sook) “Goblin”, “Mr. Sunshine”, rejissor Bek Sanq Hun (Baek Sang-hoon) isə “Secret Love”, “Who Are You: School 2015” kimi məşhur serialların müəllifləridir. Yeni layihəni səbirsizliklə gözləyirik.