Cənubi Koreyada peyda olan manyak tutuldu.
Anyanq küçələrində qısa müddət öncə ortaya çıxan və gənc qızlara hücum çəkən maskalı manyak oradan keçən polis kursant tərəfindən yaxalanıb.
İyun ayının 26-sı Kyonq Qi Bölgəsi Polis İdarəsi rəsmi Youtube kanalında manyakın tutulma anını paylaşıb. Bir neçə gün əvvəl peyda olan manyaka göre Anyanqda yaşayan əhali çölə çıxmağa qorxurdu. Qonşu şəhərlərdən gələn polislər də sıra ilə bölgəni əhatəyə almışdı.
Manyak hərəkətə keçən zaman yaxınlıqda olan kursant manyakı görür və küçə boyunca manyakın arxasına düşərək onu qovalamağa başlayır. Nəhayət manyakı tutan praktikant polis onu polisə təhvil verib.
Netizenlər ölkənin onun kimi gənc polislərə ehtiyacı olduğunu bildirərək cavan tələbəyə etdiklərindən ötürü təriflər yağdırıblar.
Manyakın tutulma anını aşağıdakı videodan izləyə bilərsiniz.
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020