//Dəbli qış, ən sevdiyimiz Koreya dramalarından ilham alır

Dəbli qış, ən sevdiyimiz Koreya dramalarından ilham alır

Qış dəhşətli fəsildir lakin bu o demək deyil ki, siz dəblə uyğunlaşa bilməyəcəksiniz.

Bəli, biz sadəcə praktiki olaraq danışırıq, bəzən isti olsun deyə dəblə uyğunlaşmayan geyimlər geyinirik, lakin k-drama soyuq keçən aylara baxmayaraq həmişə dəbi qoruyub-saxlamağı bacarır.

Nağıldaymış kimi hiss etmək

Koreya tərzində geyim fikirləşsəydim bu mütləq rahat şalvar, qalın sviter və şarf olardi, lakin hər kəs istər ki, dostlarıyla görüşdükdə daha dəbli görünsün. Kim Yu Cunqun “Clean With Passion For Now” serialında geyindiyi xəfif uzunqollu don qış üçün sadəcə möhtəşəmdir. Kim deyib ki, qışda çiçəkli don geyinmək olmaz? Çiçəkli paltar istənilən fəsildə geyinilə bilər, əsas odur ki, siz doğru qərarı verə biləsiniz.

Tək rəngli (Monoxrom)

“Tomorrow With You” serialından olan İ Ce Hunu da bu buraya daxil etdim. O, daha yumşaq pastel rəngli paltolarla, payız-qış və ya qış-yaz mövsümü arasında gözəl  keçid edir və istənilən gümüş və darıxdırıcı qış rəngi tonlarından məharətlə istifadə edir. Bu da bizim rahat hesab etdiyimiz və standart geyimlərimizin xaricinə çıxmağa kömək edir. İ Ce Hun bununla da kifayətlənmir bütün qara materialları öz geyimində istifadə edir. Eyni rəng geyimləri geyinmək böyük cəsarət istəyən bir addımdır və sizi standart olan bir qrup arasında fərqləndirə bilər. Özünüzü görkəmli və bənzərsiz hss etmək istəyirsinizsə, İ Ce Hun kimi pastel rəngli tonlardan isdifadə edin.

Aksesuarı azaldın

“While You Were Sleeping,” serialının aktrisası Suzydən ilhamlanaraq deyə bilərəm ki, sadə bir beyzbol kepkası belə sizin dəbli görünməyinizi təmin edə bilər. Əgər hava çox soyuq deyilsə və külək əsmirsə, siz rahatlıqla beyzbol kepkanızı və ya sevdiyiniz idman kepkanızı günəşdən qorunmaq üçün istifadə edə bilərsiniz. Daha da dəbli görünmək istəsəniz, son toxunuş olaraq Suzynin eynəklərindən taxa bilərsiniz.

Üst-üstə paltarlar

Yu Sunq Ho, “My Strange Hero” serialında geyindiyi qış geyiminin kontrastını tərtib etmək üçün bizə unikal yolları təklif edir. Onun üç qatlı paltari, qalın sviter, cins jaket və pencəkdən ibarətdir. Geyimlərində daha səssiz və çox gözə çarpmayan rənglərdən isdifadə etsə də möhtəşəm uyğun dəst yaratmağı bacarmışdır.

Klassik moda

Bir klassik uzun paltonu heç vaxt geyinmərəm deməyin, çünki heç vaxt dəbdən düşmür! “Black Knight” dramasından Şin Se Kyunqun geyindiyi qırmızı palto öz möhtəşəmliyi ilə fərqlənir. Əgər sizdə fərqli görünmək istəyirsinizsə, mavi cinsinizi, botlarınızı və qırmızı paltonuzu geyinməkdən əsla çəkinməyin!

Əgər əmin deyilsinizsə, sadə ən yaxşısıdır!

Son olaraq “Cheese in the Trap” serialından Kim Qo Eunun geyimləri haqqında danışaq. Sadə geyimlərə üstünlük verən aktrisa, universitetdə oxuyan gənclərın necə geyinməli olduğu haqda gözəl nümunələr göstərmişdir. Bir çoxumuz qışda tulum geyinməyi düşünmürük ancaq uyğun geyimlərlə geyinildikdə çox gözəl göründüyünü söyləmək olar. Serial boyunca sadəliyini qoruyub saxlayan aktrisanın gözəl dəb anlayışının olduğuna heç bir şübhə yoxdur.

Bu, mənim rahat qış üçün olan siyahım idi. Ümid edirəm ki, hər biriniz özünüzə uyğun olan dəbi taparsınız, ancaq qalın geyinməyi unutmayın.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan