//Cütlüyün boşanmasında ən böyük zərər kimə dəydi?

Cütlüyün boşanmasında ən böyük zərər kimə dəydi?

 

Sonq Hye Kyo ( Song Hye-gyo) və Sonq Cunq Ki ( Song Joong-ki) boşanmasında ən böyük zərər “Descendants Of The Sun” adlı parka dəyib. Belə ki, eyni adlı serialın yayımlanmasından 1 il sonra, 2017-ci ildə, Cn. Koreyanın Tebeksi şəhərində (Taebaek-si) 270 milyon von (230 000 dollar) xərclənərək, serialın temasını özündə birləşdirən iri park salınıb. Park baş rol qəhrəmanlarının heykəlləri ilə bəzədilmiş və görməli yerlər siyahısına daxil edilmişdir. Həqiqətən, həmin dövrdə serialın qazandığı iri miqyaslı məşhurluq sayəsində parka Çin və Tayvan turistlərinin axını baş tutmuşdu. Məhz, bu axın sayəsində park ən məşhur yerlər siyahısına düşə bilmişdir.

Amma cütlüyün boşanma xəbərlərindən sonra parka gələnlərin sayı get-gedə azalmağa başlamış və parkın tamamilə məhv olmasına gətirib çıxartmışdı. Parkın taleyinin bu sonluqla nəticələnməsi çox təəsüf edicidir, gərək əvvəldən hər şeyi nəzərə alıb, belə temalı park salınmamalı idi.