//Cunq He İn (Jung Hae-In) yeni serialda rol ala bilər

Cunq He İn (Jung Hae-In) yeni serialda rol ala bilər

Cunq He İn, “Half of Half” (“One Fourth”) adlı yeni serialda baş rolu canlandıra bilər.

Cunq He İnin şirkəti FNC Entertainment, aktyorun həmin serialda təklif aldığını təstiqlədi.Həmçinin aktyorun təklifi müsbət dəyərləndirdiyini bildirdi.

Serial,  qiymətli insanların qəlbinin kiçik bir hissəsinə belə sahib olmağın kifayət etdiyini fikirləşən bir adam haqqındadı.

Cunq He İn əgər təklifi qəbul edərsə, Süni intelekt (AI) proqram inkişaf etdiricisi olan Ha Von ( Ha Won) rolun oynayacaq. O, “M & H” adlı portalın qurucusu və beyinidir. O, çox işlə məşğul olmasına baxmayaraq, heç vaxt qəzəblənmir və xeyirxah biridir. Öz davranışını, psixologiyasını, xatirələrini və təcrübələrini öyrənərək, o, süni intellekt proqramlaşdırmağı bacarır.

Cunq He İn şənbə və cümə axşamı günü yayımlanan MBC-nin “One Spring Night” adlı  serialında baş rolunu canlandırır.

Cung He-In ilə oynayacaq aktrisa üçün, onun yaşlarında olan birinin fikirləşildiyi bildirildi. Qadın  xarakter klassik bir səs yazma mühəndisidir.

Serialın istehsalçı şirkəti  Studio Dragon olacaq və  rejissorluğunu “King’s Daughter, Soo Baek Hyang”, “Mr. Baek”, “Shopaholic Louis” və “Familiar Wife” serialların çəkən İ Sanq Yob (Lee Sang-Yeob) olacaq. Serialın ssenaristliyini isə “On the Way to the Airport” serialın və  “Thread of Lies” filmini yazan İ Sok Yun (Lee Sook-Yun) edir.

Serialın ilk bölümü 2020-ci ilin ilk hissəsində yayəmlanacaq. Serialın yayım kanalı isə hələ dəqiqləşdirilməyib.

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər