//Cunhonun (Junho) çəkildiyi “Confession” serialının ilk fraqmenti nümayiş olundu

Cunhonun (Junho) çəkildiyi “Confession” serialının ilk fraqmenti nümayiş olundu

Əsas heyətdə “2PM” qrupundan Cunho, Şin Hyun Bin (Shin Hyun-Bin) və Yu Je Myunqun (Yoo Jae-Myung) olduğu “Confession” seriyalının ilk traileri nümayiş olundu.

Serial, atasının təqsirini sübut etmək üçün bir vəkil olan Ço Do Hyun (Choi Do-Hyu) (Cunho) ətrafında baş verir.

Cunho serialda bir hüquqşünas Ço Do Hyun rolunu oynayır. O, uşaqlığını xəstəxanalarda keçirərək, xroniki ürək xəstəliyi ilə mübarizə aparmışdır. Bir gün ürək köçürmə şansı olur və müvəffəqiyyətli əməliyyat keçirir. Ancaq, bu əməliyyatdan dərhal sonra atası cinayətkar olaraq ittiham edilərək ölümlə cəzalandırılır. O, atasının günahsız olduğunu sübuta yetirmək və işi araşdırmaq üçün vəkillik etməyə qərar verir.

Rejisor isə “Emergency Man and Woman”, “My Beautiful Bride”, “On the Way to the Airport”, “Chicago Typewriter” və “Mother” kimi seriallara rejisorluq etmiş  Kim Çol Kyudur (Kim Cheol-Kyu).

Serialın, martin 23-də nümayiş olunacağı gözlənilir.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan