Sevilən aktyor Cu Von (Joo Won) yeni serial ilə geri dönməyi planlaşdırır.
May ayının 9-u çıxan xəbərlərdə Cu Vonun SBS-nin yaxınlaşan “Hotel Alice” serialında əsas baş rol obrazını canlandıracağı bildirildi. Məlumata görə aktyor serialda Park Cin Kyom(Park Jin Kyum) adlı dedektivi oynayacaq.
Buna cavab olaraq Cu Vonun şirkəti “Hwayi Brothers Korea” aktyorun serial üçün təklif aldığını və hal-hazırda qərar vermək mərhələsində olduğunu açıqladı.
Aktyor ilk çıxışını 2006-cı ildə “Alta Boys” ilə edib. Daha sonra “Baker King, Kim Tak Goo”, “Bridal Mask” , “Good Doctor”, “Yong Pal” və s. məşhur seriallarda baş rol obrazını canlandırıb.
Latest posts by Elmina Səfərova (see all)
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021
- Seungri birbaşa hərbi məhkəmədə şahidlə üz-üzə gəldi - 09 Dekabr 2020