//Conqkuk(Jungkook)-un istifadə etdiyi telefon qabının satışları tükəndi

Conqkuk(Jungkook)-un istifadə etdiyi telefon qabının satışları tükəndi

Pərəstişkarlar BTS-dən Conqkukun telefon qabını gördükdən sonra telefon qabının satışları tükəndi.

Ayın 10-u BTS qrupu New Yorka gedərkən Conqkuk, avtomobilə minərkən telefonunu əlindən salır. Daha sonra cəld şəkildə avtomobildən düşərək telefonu götürür. Bu zaman telefon qabını görən pərəstişkarlar ölkənin hər bir yerində həmin telefon qabından satan mağazaları aşkar edib. Pərəstişkarlar tərəfindən böyük həvəslə alınan telefon qabının satışları tükənib.

Yerkökü naxışlı narıncı telefon qabı mağazalarla yanaşı online saytlarda da yüklü miqdarda sifariş edilib.

Online alış-veriş saytı ”텐바이텐“ (tenbaiten)-də həmin telefon qabı ən yüksək sıralara yerləşib.

Mənbə: 아시아경제 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova