//Conq So Min və İ Cun ayrıldı

Conq So Min və İ Cun ayrıldı

 

Sevilən aktyor Conq So Min (Jung So Min) və İ Cun (Lee Joon) ayrılıb. iyun ayının 26-da Dispatch tərəfindən yayımlanan xəbərdə sevilən aktyor və aktrisanın ayrıldığı xəbəri yayımlanmışdı. Xəbərdə cütlüyün dost olaraq ayrıldığı və bundan sonra dost olaraq, həmkar olaraq münasibətlərini davam etdirmək qərarına gəldikləri bildirilir. Cütlüyün ayrılmasına səbəb son dövrlərdə hər iki aktyorun işlərlə həddindən artıq məşğul olması göstərilib. Belə ki, bir-birinə vaxt ayıra bilməyən sevgililər uzun müddət ayrı qalmışlar və bu səbəbdən aralarında soyuqluq yaranmış. Xəbərdən dərhal sonra İ Cunun  və Conq So Minin agentlikləri PrainTPC və Blossom Entertainment Dispatch tərəfindən yayımlanan xəbəri təsdiqləmişdir. Xatırladaq ki sevilən cütlük 2017-ci ildə yayımlanan “Father is Strange” serialının çəkilişlərindən sonra sevgi münasibətlərinə başlamış və həmin münasibət 3 il davam etmişdir.