//Conq Cun Yonq(Jung Joon Young), söhbət qrupunda qanunsuz gizli kamera görüntülərini paylaşmaqla günahlandırılır

Conq Cun Yonq(Jung Joon Young), söhbət qrupunda qanunsuz gizli kamera görüntülərini paylaşmaqla günahlandırılır

11 martda SBS-nin saat 8 xəbərlərində Conq Cun Yonqun məşhur dostları olan söhbət qrupunda qanunsuz gizli kamera görüntülərini paylaşdığı bildirilib.

Yayım zamanı Conq Cun Yonqun, Sınqri və digər kişi müğənnilərin qatıldığı söhbət qrupunda gizli kamera görüntülərini bir neçə dəfə paylaşdığını və həmən qrupdakı kişi müğənnilərdən biri olduğu deyilib.

Xəbərə görə SBS, geri yüklənən Excel sənədlər vasitəsilə 2015-ci ilin sonlarında yayımlanan mesajları tapıb. Bu mesajlarda Conq Cun Yonq dostu Cənab Kimə cinsi münasibətdə olduğunu söyləyib. Buna cavab olaraq cənab Kim “videonuz yoxdur” deyə cavab verib və Conq Cun Yonq bir müddət sonra gizlicə çəkilmiş olan 3 saniyəlik bir video göndərib. Müğənni həmçinin, etdiklərini qrupda qururla dilə gətirib.

Eyni zamanda Conq Cun Yonqun, bir hostes və bardakı bir ofsiant ilə yaxın təmasda olduğu videosunu paylaşıb. SBS-nin xəbərində, 10 nəfərin hal-hazırda qanunsuz bir şəkildə videosunun çəkildiyinin və qurban olduğu bildirilir. Conq Cun Yonqdan başqa əlavə olaraq , cənab Çoi kimi digər məşhurların da söhbət qrupunda videolar paylaşıldığı deyilir.

İddialara cavab olaraq Conq Cun Yonqun şirkəti “ Conq Cun Yonq haqqında çıxan xəbərləri rədd edib. Hələdə Amerikada çəkilişdədir. Koreyaya qayıtdığı zaman bir bildiriş yayımlayacağıq” – deyə bildirib.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova