//Conq Con Yonqa (Jung Joon Young) törətdiyi cinayətə görə neçə il həbs cəzası veriləcək?

Conq Con Yonqa (Jung Joon Young) törətdiyi cinayətə görə neçə il həbs cəzası veriləcək?

 

Bir neçə gün bundan əvvəl KakaoTalk-la bağlı qalmaqala cəlb olunan Conq Con Yonq dünən öz cinayətini etiraf etməklə öz günahını boynuna aldı. Yazılı məktubda nəhayət etiraf etdi ki, o qadınları onların razılığı olmadan çəkib.

Çox təəssüflə qeyd etmək lazımdır ki, belə hallar Koreyada artıq adi hala çevrilib. Son illərdə “voyeurisme” ilə bağlı şikayətlərin sayı get- gedə artmaqdadır. Nəzərinizə çatdırım ki, “voyeurisme” cinayət hesab olunur. Fransız dilində olan bu terminin hər hansı bir şəxsi onun razılığı olmadan intim şəkillərini çəkmək və yaxud ümumiyyətlə, ozünü tək hesab etdiyi hansısa yerdə onu izləmək mənasına gəlir. Koreya qanunlarının 13-cü maddəsinə əsasən, bu kimi hallarda cinayətkara 5 ildən az olmayaraq həbs cəzası və ya 10 milyon von (7846 dollar ) məbləğində cərimə tətbiq olunur.

Məhkəmə Conq Con Yonq işi ilə bağlı maddi sübütları və cinayətin törədildiyi yerə baxış və digər məsələlərlə bağlı araşdırmanı davam etdirir. Hələ ki 10 hal üzə çıxarılıb. Daha nə qədər olacaq bəlli deyil. Bununla bitsə Conq Con Yonqu 50 il həbs cəzası və ya 100 milyon von (88 594 dollar) məbləğində cərimə gözləyir. Hər şey məhkəmənin qərarından asılıdır.

Nəzərnizə çatdırıram ki, Conq Con Yonq 21 Fevral 1989-cu ildə İndoneziyada dünyaya gəlib. Əslən İndoneziyalı olan məşhur müğənni, bəstəkar, Dj ailə vəziyyətinə görə Koreyada yaşamalı olub.