//Conq Con Yonq, bütün ittihamlari qəbul edərək hər kəsdən üzr istədi və rəsmi olaraq sektoru tərk etdiyini bildirdi

Conq Con Yonq, bütün ittihamlari qəbul edərək hər kəsdən üzr istədi və rəsmi olaraq sektoru tərk etdiyini bildirdi

Conq Con Yonq, gizli kamera mübahisəsi mövzusuna görə, rəsmi şəkildə üzr istədi.

13 martda KST-də MAKEUS Entertainment, Conq Con Yonq tərəfindən rəsmi üzr istədi və sabah rəsmi açıqlamalarını paylaşacaqlarını açıqladı.

Yonqun üzrü bu şəkildədir:

” Mən sizə utanaraq və günahkar vicdanımla yazıram.

Mən, Conq Con Yonq, 12 martda Koreyaya gəldim və vəziyyətin ciddiliyini anladım. Artıq çox gecdir, amma mənə qayğı göstərən və bir şans verən insanlardan üzr istəyirəm.

Bildirilmiş olan bütün günahlarımı etiraf edirəm. Razılıq olmadan qadınları videoya çəkdim və sosial şəbəkədə söhbət qrupuna göndərdim və bunu edərkən heç bir günahkarlıq hiss etmədim.

Etdiyim hərəkət çox tənqidlərə layiq idi.

Mən diz çökərək videodakı iyrənc həqiqətlə qarşılaşdıqları üçün qadınlardan üzr istəyirəm və ümidinizi puç etdiyimə görə özümü əsəbi hiss edirəm.

Mən bütün proqramları tərk edəcəyəm və əyləncə promosyonlarını dayandıracağam. Mən daha çox düşünməyərək hər şeyi öz axarına buraxacağam və cinayət hesab olunan hərəkətlərimin cəzasını çəkəcəyəm.

Bütün bunlardan ötrü, mənim hərəkətlərimə görə xəyanətə uğrayan qadınlardan və mənə qəzəblənən hər kəsdən üzr istəyirəm.

Mən bütün dürüstlüklə ayın 14-ü səhər tezdən istintaqda lazımi şəkildə iştirak edəcəyəm və günahım üçün bütün cəzamı çəkəcəyəm.

Bir daha dərindən üzr istəyirəm. Bağışlayın.”

Conq Con Yonq