//“Confession” serialının iki fraqmenti nümayiş olundu

“Confession” serialının iki fraqmenti nümayiş olundu

Əsas heyətində, “2PM” qrupundan Cunho, Şin Hyon Bin və Yo Ce Myonq-un iştirak etdiyi “Confession” serialının iki yeni fraqmenti nümayiş olundu.

Serial, atasının günahsız olduğunu sübut etmək üçün bir vəkil olan Çoi Do Hyon-un (Cunho) həyatından bəhs edir.

Cunho serialda bir vəkil olan Çoi Do Hyon xarakterini canlandırır. Uşaqlığını xroniki ürək xəstəliyi ilə mübarizə apararaq xəstaxanalarda keçirmişdir. Bir gün, ürək transplantasiya olma fürsəti əldə edər və əməliyyatı uğurlu keçər. Ancaq bu əməliyyatdan sonra atası cinayətlə günahlandırılaraq ölüm cəzasına məhkum edilir. Atasının günahsız olduğunu sübut etmək və baş verənləri ortalığa çıxartmaq üçün vəkil olmağa qərar verir.

Serialın rejissoru “Emergency Man and Woman”, “My Beautiful Bride”, “On the Way to the Airport”, “Chicago Typewriter” və “Mother” seriallarının rejissoru olan Kim Çol Kyu-dur.

İlk seriyasının 23 mart tarixində nümayiş olunması nəzərdə tutulur.

 

 

 

TAGS: