//Çon Vu He, Con Yo Bin və Han Ci In yeni bir serialda birlikdə rol oynayacaq

Çon Vu He, Con Yo Bin və Han Ci In yeni bir serialda birlikdə rol oynayacaq

Çon Vu He, Con Yo Bin və Han Ci In, JTBC-nin “Melo Suits Me” (“Melo Is My Nature”) adlı yeni serialında qadın baş rol xarakterlərini bölüşəcəklər.

Dram, romantika, komediya növündəki serial, eyni evdə yaşayan, bir-birinin ən yaxın dostu olan 30 yaşlı üç qadının qayğıları, sevgiləri, dostluqları və gündəlik həyatları haqdadır.

Çon Vu He, serialda bir ssenari müəllifi olan Im Cin Co obrazını canlandıracaq. Kənardan baxdıqda normal insan kimi görünməsinə baxmayaraq etdiyi bəzi davranışlar normal deyildir. Məsələn, bir mağazanın vitrinindəki lüks bir çanta ilə tez-tez söhbət edir, ssenarilərini bir ədəbi tərzdə yazmağa çalışır.

Çon Vu He, bu serial ilə 2 ilin ardından  geri qayıdır. Aktyor ən son 2017-ci ildə “Arqon” serialında rol almışdı.

Con Yo Bin, serialda sənədli film rejissoru olan İ In Conq obrazını canlandıracaq. Uşaqlığından bəri, sənədli film rejissoru olmaq xəyalını qurur. Öz şirkətini açır. Ancaq işlənməyə başladığı şirkətdə çalışan yeganə adam var, o da özüdür. Ekranlaşdırılmış sənədli filmlərdən biri gözlənilməz şəkildə hit olmuşdur.

Han Ci In, serialda bir şirkətində marketinq direktoru olan Hvanq Han Cu obrazını canlandıracaq. Subay anadır. Həm işində uğurlu olmaq həm də uşağını yaxşı şəkildə yetişdirmək üçün mübarizə edir. Onun xəyali bir komediyaçı olmaqdır.

Bu arada, serialda kişi baş rol xarakterlərini canlandırmaq üçün Ahn Ce Honq və Qonq Myonqa təklif edildiyi təsdiqləndi.

Serialın, iyul ayında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan