Nəhayət ki, müğənni Con So Mi (Jeon So Mi) solo çıxış etdı. İyun ayının 13-də o, öz ilk solo mahnısı «Birthday” yayımladı. Daha əvvəl saytımızda bu haqda ətraflı məlumat vermişdik. Yuxarıda adı keçən mahnını müğənni Con Somi (Jeon Somi) Teddy, 24 və Bekuh Boom ilə birgə yazıb.
Qeyd edək ki, mahnı ilə bağlı açıqlama verən müğənni bu sözləri deyib: “Üç ildən sonra mən ilk dəfədir ki, hamını salamlayıram. Mən çox həyəcanlıyam. “Birthday”- mənim doğulduğum gündür. Bununla yanaşı mənim ilk debüt etdiyim gün kimi də nəzərdə tutmaq olar”. Bununla yanaşı müğənni YP Entertainment agentliyindən, YG The Black Label agentliyinə keçməsindən bəhs edərək belə deyib: “Mənim YG The Black Label agentliyinə keçmə səbəb onların musiqi stili ilə uyğunluğumdan irəli gəlir”. Daha sonra adı keçən agentlik haqqında yayılan qalmaqallı xəbərlərin ona nə dərəcədə təsir edib etməməsi haqqında belə açıqlama verdi: ” Mən tərəddüd etmədən öz seçimimi etmişəm. Öz yolumu gedə bilməyim üçün dayanmadan çalışıram”.
Ona uğurlar arzulayır, yeni işlərini görmək üçün səbirsizlənirik.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020