//Çon Mi Sun(Jeon Mi Sun) dünyasını dəyişdi

Çon Mi Sun(Jeon Mi Sun) dünyasını dəyişdi

Aktrisa Çon Mi Sun vəfat edib.

İyunun 29-u aktrisa Şimali Colla şəhərinin Concu bölgəsindəki bir otel otağında ölü halda tapılıb.

Aktrisanın prodüsseri onu otel otağının hamamında tapıb və dərhal yardım istəyib. Şimali Colla fövqaladə hallarından bir mənbə bildirib : “ Zəngi aldığımızda saat 11:43 idi. Nəfəs almırdı, huşsuz vəziyyətdə idi. Nəbzi vurmurdu və ürəyi atmırdı. EKQ (elektrokardioqram) asistol vəziyyətində idi. Xəstəxanaya aparılmadan polisə təhvil verildi.”

Polis hal-hazırda istimtaq başladıb və ölüm səbəbinin intihar olduğundan şübhələnir. Aktrisanın şirkəti daha sonra açıqlama verəcəyini bildirib.

Çon Mi Sun 1990-cı ildə kariyerasına başlamış və bir çox məşhur serial və filmlərdə rol almışdır.

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova