//Con Hye Bin (Jeon Hye-bin) növbəti həftə ailə həyatı quracaq

Con Hye Bin (Jeon Hye-bin) növbəti həftə ailə həyatı quracaq

 

Dekabr ayının 2-də Ilgan Sport agentliyi tərəfinhdən veriləni məlumatda sevilən aktrisa Con Hye Binin (Jeon Hye-bin) dekabr ayının 7-si tarixində ailə quracağı deyilir. KİV-nə verilən məlumatda toy mərasiminin qapalı bir məkanda baş tutması planlaşdırıldığı deyilir. Toy məarsimi ailə üzvlərinin və yaxın dostlarının iştirakı ilə təşkil olunacağı deyilir. Buna səbəb bəyin məşhur olmasıdır. O, aktrisadan iki yaş böyükdür. Cütlük sevgili münasibətlərinin 1 il davam etməsindən sonra ailə qurmaq qərarına gəlib. Dekabr ayının 3-də aktisanın agentliyi “Pan Stars Company” tərəfindən verilən açıqlamada belə deyilir: “Sizi salamlayan “Pan Stars Company”dir. Aktrisa Con Hye Bini (Jeon Hye-bin) dəstəkləyən hər kəsə təşəkkür edir və xoş xəbəri hamı ilə bölüşmək istərdik. Aktrisa dekabr ayının 7-də sevdiyi insan ilə ailə həyatı qurur”.

Aktrisa toy haqqında yayılan xəbərlərə belə açıqlama verib: Mənim gələcək həyat yoldaşım gözəl xarakterə malik insandır. Bizim aramızda olan dərin məhəbbət və qarşılıqlı səadət sayəsində biz ailə qurmaq qərarına gəlmişik”. Hansamo ailəsi adında cütlüyə ailə səadəti və xoşbəxtlik diləyirik.