//Çoi Te Cun (Choi Tae-joon) “Hotel del Luna” serialinda oynamaqdan imtina etdi!

Çoi Te Cun (Choi Tae-joon) “Hotel del Luna” serialinda oynamaqdan imtina etdi!

 

Aprel ayının 4-də, yayılan xəbərlərə əsasən aktyor Çoi Te Cun (Choi Tae-joon) yuxarıda adı keçən serialda rol oynamaq təklifinə imtina edib. Aktyorun agentliyi olan “Huayi Brothers” tərəfindən verilən açıqlamaya əsasən belə deyilir “Çoi Te Cun (Choi Tae-joon) bu, serialda rol oynamaq fikrini müsbət qarşılayırdı. Amma, serialın “baş rol qəhrəmanı” anlaşılamazlığı səbəbindən o, bu serialda rol oynamaq fikrindən daşınıb. Ümumilikdə isə həmin rolun canlandırdığı obraz, ona uyğun da, deyildi”.  Bu açıqlamadan sonra, KİV vasitələri tərəfindən yayılan məlumatlardan belə anlamaq olur ki, Çoi Te Cun (Choi Tae-joon)  rol təklifini rədd edəndən sonra, həmin rol İ Te Sonqa (Lee Tae-seong) təklif olunub. Bundan sonra tvN kanalı açıqlama verərək belə deyib “İş orasındadır ki, aktyor Çoi Te Cuna (Choi Tae-joon) təklif olunan rolun sujet xəttinə bəzi dəyişkilklər edildi. Bu dəyişikliklərdən sonra, öz aramızda danışıb,  Çoi Te Cunun (Choi Tae-joon) bu rolu oynamayacaq qərarına gəldik. Amma İ Te Sonqa (Lee Tae-seong) təkilif olunan rol, tamam ayrı roldu. Bu rol ilə heç bir əlaqəsi yoxdur”.

İ Te Sonqun (Lee Tae-seong) agentliyi Namoo Actors verdiyi açıqlamada isə belə deyilir ” Bəli. İ Te Sonq (Lee Tae-seong) tvN kanalının yeni serialında rol oynamaq təklifi gəlib. Amma bu, rol Çoi Te Cunun (Choi Tae-joon) imtina etdiyi rol deyil.”

Beləliklə, bu qarmaqarışıq söhbətin sonu nə ilə nəticələnəcək hələ bəlli deyil. Serialın yayımlanması 2019-cu ilin yay aylarına planlaşdırılır. Bəzi mənbələrədə yayılan məlumatlara əsasən, aktyor Çoi Te Cunun (Choi Tae-joon) Sınqri qalmaqalı ilə bağlı gündəmdə olmasından, sonra bu serialda iştirak etməmək qərarına gəlib. Qeyd edək ki, Çoi Te Cun (Choi Tae-joon), məşhur aktrisa Park Şin Hye (Park Shin-hye) ilə 2017-ci ildən sevgilidirlər.