//Çoi Şi Von və İ Yu Yonqun rol aldığı “My Fellow Citizens” serialının ilk fraqmenti yayımlandı

Çoi Şi Von və İ Yu Yonqun rol aldığı “My Fellow Citizens” serialının ilk fraqmenti yayımlandı

Əsas heyətində Çoi Şi Von, İ Yu Yonq və Kim Min Cunqun yer aldığı “My Fellow Citizens” serialının ilk fraqmenti yayımlandı.

Serial, heç bir zaman polis tərəfindən yaxalanmamış bir fırıldaqçı olan Yanq Cunq Kukun ətrafında baş verir. Cunq-Kuk, bir il əvvəl tanış olduğu sevgilisinin detektiv olduğunu bilmədən evlənir. Habelə keçmişdə atasını aldatdığı Park Hu Ca adında bir qadın onun izini tapır və ona Milli Məclisdə bir yer təklif edir. Milli Məclisin üzvü kimi çalışdığı müddətdə onu təslim etməyəcəkdir.

Serialin rejissor kreslosunda “Jugglers” və “Cheer Up”! seriallarını ekranlaşdırılmış Kim Cunq Hyun oturur.

Serialın ssenaristliyini “Vampir Prosecutor”, “Bad Guys”, “Squad 38” və “Missing 9” seriallarını qələmə alan Han Cunq Hun edir.

Serialın ilk bölümü, aprelin 1-də nümayiş olunacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan