İyun ayının 10-da aktyor Co In Sonqun (Jo In Sung) agentliyi IOK Company sevilən aktyorun rejissor Ryu Sınq Vanın (Ryoo Seung-wan) “The escape” adlı filmində rol oyanayacağı xəbərini elan etdi. TV Report: “Hal-hazırda aktyor adı keçən film haqqında müsbət düşünür. Razılıq veriləcəyini və filmdə rol oynayacağını planlaşdırır” deyilir. Filmin süjet xətti Somalidəki vətəndaş müharibəsi ərəfəsində şimali və cənubi Koreya vətəndaşlarının oradan qaçmasından bəhs edir. Hansı ki, məhz həmin tarixi hadisə nəticəsində müharibədən qaçanların çox hissəsi həlak olmuşdur. Qeyd edək ki, Co In Sonq (Jo In Sung) bu filmdə aktyor Kim Yun Sok (Kim Yoon-seok) ilə birgə rol alacaq. Filmin çəkilişləri, 2019-cu ilin ikinci yarısında, Mərakeş şəhərində planlaşıdrılır.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020