//Co Bo Ahın, “Secret” serialında rol oynayacağı dəqiqləşdi

Co Bo Ahın, “Secret” serialında rol oynayacağı dəqiqləşdi

Aktrisa Co Bo Ah, “Secret” adlı yeni bir serialda qadın baş rol obrazını canlandıracaq.

Martın 5-i, Co Bo-Ahın agentliyi, “SidusHQ”, aktrisanın sözü gedən serialda rol oynayacağını təsdiqlədi.

Serial, yaşadıqları pis hadisələrə görə qəlblərində izlər daşıyan və realist arzuları olan insanların ətrafında baş verir. Bu insanların yaralı qəlbləri yavaş-yavaş yaxşılaşarkən özlərilə yanaşı başqalarını da sevməyi və həqiqi xoşbəxtliyin mənasını öyrənirlər.

Co Bo Ah, serialda bir həkim olan Cunq Yonq Ceni canlandıracaq. Koreyanın ən yaxşı universitet xəstəxanasında cərrahiyyə assistenti vəzifəsində işləyir və öz güvənli insandır. Gördüyü hər işi sevgi və həvəslə yerinə yetirir.

Əvvəlki günlərdə, Park He Cinin serialda kişi baş rol xarakteri canlandıracağı təsdiqlənmişdi.

Serialın ilk bölümü, bu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan