//CNN saytının Sınqri ilə bağlı məqaləsi

CNN saytının Sınqri ilə bağlı məqaləsi

Məşhur CNN xəbər agentliyinin yazısı.

K-Popun ən böyük idollarından biri , qadın alveri ilə bağlı iddialardan sonra əyləncə sektorundan ayrıldığını bildirdi.

K-Popun meqa qrupu BİGBANGın ən gənc üzvü Sınqri, çərşənbə axşamı öz rəsmi İG hesabında : “Hal-hazırda əyləncə sektorundan ayrılsam daha yaxşı olar. Ətrafmdakı insanlara dana çox zərər verməyə, xalqdan nifrət yığmağa  və istintaq müddətində millətin düşməni olaraq görülməyə dayana bilmirəm.” –deyə bildirib.

Sınqri illərdir Cənubi Koreyanın ehtiyac duyduğu parlaq görüntünü qorumuşdur. Ancaq son aylarda  Sınqrinin də idarə heyətində olduğu “Burning Sun”  gecə klubundan bəhs edən qalmaqal bu görüntünü təhlükəyə atdı. Həmçinin, bəzilərini təmiz və saf K-poo idollarının imicinin nə qədər doğru olduğunu düşünməyə vadar etdi.

Seul Şəhər Polisinə görə Qanqnam bölgəsində yerləşən “Burning Sun” klubu rüşvət, müştərilərə qarşı zorakılıq , VIPlər, təcavüz, narkotik ahudəçiliyi və narkotik istifadəsi iddiaları ilə önə çıxıb. Birdən artıq qadın, zorakılıq və narkotik ilə bağlı 2 aydır axtarış aparan lazımi orqanlara iddialarını bildiriblər. “Burning Sun” keçən ay sosyal şəbəkə vasitəsi ilə polislə aktiv əməkdaşlıq edəcəyini bildirib. Həmçinin, qadın mühafizə işçiləri və nəzarət kameraları ilə müştəriləri qoruyacağını bildirdi. “Burning Sun”-ın tərkibində olan otellər, klubun kirayə pullarını tez aldığını bildirdi. Klub heç bir iddiaya cavab vermədi.

Keçən ay “Burning Sun”-ın təqdimatında iştirak edən 28 yaşlı Sınqri, klubun idarəçiliyindən istehfa verdi. Nə Sınqri nə də YG Entertainment CNN-in rəy tələbinə cavab vermədi. Ancaq bir açıqlamada polislə əməkdaşlıq edəcəyini bildirdi. Müxtəlif xəbərlərə görə Sınqri, 14 fevral tarixindəki konsertində səhnədə üzr istədi və bu ay baş tutması gözlənilən Osaka və Cakarta konsertlərini ləğv etdi. Buna baxmayaraq, bu səyləri karyerasını qurtarmaq üçün kifayət olmadı. Sosyal şəbəkədə “ Koreya və dünyadakı bütün pərəstişkarlarıma 10 ildir mənə göstərdikləri sevgi üçün çox minnətdaram və YG ilə BIGBANG-ın  etibarı üçün burada sonlandırmaq lazım olduğunu hiss edirəm” – dedi.

K-Pop ulduzları hən idarəçilik, həm də pərəstişkarları üçün olduqca yüksək davranış qaydalarına fikir verməlidir. Davranışları, kimin və necə əhaliyə açıqlama edəcəyi, nə geyindikləri və cəmiyyət içindəki hərəkətləri ilə bağlı məhdudiyyətlər qoyulur.

BİGBANG 2006-cı ildəki ilk çıxışlarında bu günə K-Pop aləmində ön səyfələrdə yer alıb. 2011-ci ildə MTV Avropa Musiqi Mükafatlarında “Best Worldwide Act” mükafatını qazanan ilk koreyalı qrup olub. Bu mükafat , Sınqri üzərinə əlavə yük yüklədi. British Columbia Universitetində Koreya mədəniyyəti və cəmiyyəti mütəxəssis CedarBough Saeji, K-Pop ulduzları üçün : “Hər dövlət malı millətin təmsilçisi kimi göstərilən məhsuldur. Onlar ideal davranışlar və performans göstərir.”– deyib. Chicago Universitetindən Koreya mütəxəssisi olan Jenna Gibson , Burning Sun və Sınqri haqqındakı hadisələrə : “ bu skandal K-popdakı hər şeyin bizim beynimizdəkindən fərqli olduğunu söylədi.”- dedi.

Narkotik qanunsuzluğu Koreyada istisna haldır və narkotikin istifadəsi də nadirdir. Koreya Statistika Məlumat Servisinə görə 51 milyondan artıq əhalisi olan ölkədə 7.800 həbs cəzası həyata keçirilib.

Kiçik miqdarda tapılan marixuana belə məşhurların xalqdan üzr istəməsinə və özləri ilə bağlı düşüşlərə səbəb ola bilər. Koreyada musiqi sektorunun idarəçisi olan Bernie Cho, keçən il CNN-ə əyləncə xəbərləri ilə bağlı verlişdə içki içmək, narkotik və hətta zarafat etməklə bağlı danışmışdı. O, : “Koreyadakı ən böyük musiqi şirkərlərinin bir çoxu xalqa açıq şəkildə iş görür. Qalmaqallı başlıqlarla ciddi şəkildə zərbə ala bilərlər. Ümumiyyətlə bir qalmaqalın ardınca ulduzlar, teqdimatlarını, planlarını ləğv edir. Sınqrinin etdiyi kimi. Hadisələr unudulana  qədər hər şeyi ləğv edin.”- deyə bildirib. Gibson Sınqrinin xalqın gözündən yayınmaq üçün hərbi xidmətə tez başlamaq istəyəcəyini deyib. Sadəcə bu yol Sınqrinin xeyrinə ola bilər. Bütün Cənubi Koreyalı kişilər 18-21 ay müddətində hərbi xidmətə getməlidir. Bu bəzi məhşurların karyerası üçün yavaşladıcı faktor olsada Sınqrinin xeyrinədir.

Cinsiyyət ayrıcılığı.

Koreya medyasında hardasa hər gün “Burning Sun” iddiaları görünür. Koreya mədəniyyəti mütəxəssisi Seci(Saeji), bunun Cənubi Koreyadakı qadınlara olunan münasibətlə olduğunu deyib. Cənubi Koreya 2018-ci ildə 25-34 yaş arası qadınlar üçün ən yüksək 3-cü təhsil göstəricisinə malik olsada, qadın istismarının çox olduğu 36 ölkə arasında 30-cu yerdədir. Siyasət xüsusi ilə qadın və kişilər arasında bərabər deyil. Dünya Bankına görə  qadınların cəmi 17% Cənubi Koreyada dövlət kreslosunda oturur.

Seci “Burning Sun”  hadisələrinin cəmiyyət arasında heç olmadığı qədər doğrudan qarşı-qarşıya gəldiyi hadisə oldu. Seci koreyalı qadınların klublarda talehsiz və qorxuducu hadisələrlə tez-tez qarşılaşdığını, bunların qanunsuz və vəhşicəsinə olduğundan xəbərdar və əsəbi olduğunu bildirib.

O, həmçinin, K-Pop ulduzu Sınqrinin, gənc koreyalı kişilər üçün ən yaxşı rol modelini təmsil etdiyini dedi. (Burning Sun hadisələrinin)

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova