//CJ E&M və Big Hit Entertainment qlobal dinləmə və oğlan idol-qrupu yaradılması haqqında elan etdilər

CJ E&M və Big Hit Entertainment qlobal dinləmə və oğlan idol-qrupu yaradılması haqqında elan etdilər

CJ E&MBig Hit Entertainment şirkətləri Belif Global Audition — qlobal dinləmənin buraxılışı haqqında elan etdilər. Bu dinləmə vasitəsilə oğlan idol-qrupu yaradılacaq.

Bu günlərdə Belif Lab-ın rəsmi saytında elan yerləşdirilmişdi:

«Belif Lab 2020-ci ildə debüt edəcək oğlan idol-qrupu üçün iştirakçılar axtarır. Produce 101 silsiləli şousunu yaradan CJ E&M və BTS yaradıcıları Big Hit Entertainment bu dinləmə üçün birləşəcək. Biz 23 martda baş tutacaq dinləmə üçün Seuldan başlayaraq Koreyanın əsas şəhərlərinə və bir neçə xarici məkana baş çəkəciyik».

Öz elanlarında Belief Lab vurğuladı ki: «Bizim üçün sizin mövcüd istedadınız yox, hədsiz potensialınız daha vacibdir ».

1997-2008 doğum tarixli oğlanlar dinləməyə bu kateqoriyalar üzrə müraciət edə bilərlər: rep, xoreoqrafiya, vokal, model və ya aktyorluq məharəti.

Mənbə: allkpop.com