Çin medyası Sonq cütlüyü ilə bağlı pis niyyətli söz-söhbətlər yaydığı üçün tənqid olunur.
Boşanma ilə bağlı söz-söhbətlər Sonq Hye Kyonun 20 fevralda barmağında üzüyü olmadan havalimanında görüntülənməsi ilə başlayıb.
Sina və başqa çin medyaları mövzunu boşanma ilə əlaqələndirib. Onlar :“ Sonq Hye Kyo havalimanında üzük olmadan görüntülənib. Görünüşə görə Sonq Cunq Kini çoxdan boşayıb.” -deyə , məqalələr yazmağa başlayıblar.
Məqalələr həmçinin Sonq Hye Kyonun IGda Sonq Cunq Ki ilə çəkilmiş bəzi şəkillərini sildiyini və cütlüyün arasında problemlər olduğunu iddia edir.
Sonq Hye Kyo və Sonq Cunq Kinin şirkətləri söz-söhbətə reaksiya göstərdi. Bu çin medyasının ilk yaydığı əsassız söz-söhbəti deyil. 2017-ci ilin dekabr ayında da Sonq Hye Kyonun hamilə olduğunu iddia etmişdi. Netizenlər çin medyasını tənqid etməyə başlayıb. Onlar : “Çılğın Çin medyası” , “lağlağlığı kəs” , “Zibil müxbirlər”, “Bunlar axmaqlıqdır” -deyə , rəylər bildiriblər.
- Guiness Dünya Rekordları ROSÉnin iki dünya rekordu qırdığını açıqladı - 09 Aprel 2021
- f(x)dən Victoria SM Entertainment ilə yollarını ayırdı - 09 Aprel 2021
- EXO qrupu yeni albomu ilə geri dönüş edəcək - 09 Aprel 2021