//Ci Sonq və İ Se Yonqun “Doctor Room” serialında rol alacaqları dəqiqləşdi

Ci Sonq və İ Se Yonqun “Doctor Room” serialında rol alacaqları dəqiqləşdi

Ci Sonq və İ Se Yonq, SBS-in “Doctor Room” adlı yeni serialında baş rolu paylaşacaq.

Serial, ağrı müalicəsi sahəsində ixtisaslaşmış bir qrup həkimin ətrafında baş verir. Bu həkimlər, xəstələrin çəkdiyi sirli ağrıların səbəbini tapmağa çalışırlar.

Ci Sonq serialda bu sahə üzrə anesteziologiya mütəxəssisi olan Ça Yo Han obrazını canlandıracaq. Eyni zamanda, tibb fakültəsinin ən gənc anesteziologiya professordur. Xəstələrə 10 saniyədə uğurlu diaqnozlar qoyduğu üçün ona 10 Saniyə ləqəbini taxıblar.

İ Se Yonq serialda Ça Yo Han ilə birlikdə anesteziologiya şöbəsində həkim işləyən Kanq Si Yonq obrazını canlandıracaq. Tibb fakültəsində, hər zaman sinfinin ən yaxşıları arasında yer alıb. Yaxşı bir həkim olmasını təmin edən qabiliyyətlərini soyuqqanlı və ağıllı olan anasından, xəstələrə qarşı isti münasibətini isə atasından götürüb.

Serialın rejissor kreslosunda “I Can Hear Your Voice”, “Gabdong”, “Pinocchio”, “The Time We Were Not In Love” və “Still 17” seriallarının rejissoru Co Su Von oturur. Serialın ssenaristliyini “Hyde Jekyll, Me” serialını qələmə alan Kim Ci Vun edir.

Serialın bu ilin iyul ayında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan