//Ci Çanq Vuk(Ji Chang Wook) “Madame Lin” ilə bağlı iddiaları rədd edir

Ci Çanq Vuk(Ji Chang Wook) “Madame Lin” ilə bağlı iddiaları rədd edir

Ci Çanq Vuk, Sınqrinin qalmaqalındakı “Madame Lin” ilə bağlı iddiaları rədd edir. “The Its Know”, Sınqrinin məsələsi ilə bağlı olaraq aktyor Ci Çanq Vu ilə “Madame Lin”-in birlikdə şəklini yayımlamışdı.

Buna cavab olaraq aktyorun şirkəti :

Salam, bu Glorious Entertainmentdir. Aktyorumuzun şəkildəki qadınla heç bir əlaqəsi yoxdur. Onunla şəkil çəkdirdi, çünki onun pərəstişkarı olduğunu və şəkil çəkdirmək istədiyini bildirib. Şəkil ilə bağlı olaraq, aktyor haqqında yanlış xəbərlər yazılır və pis niyyətli söz-söhbətlər yaranır. Cinsi istismar xəbərləri aktyorumuzun xarakterinə ciddi şəkildə ziyan vurur və təhqir sayılır. Qalmaqalla bağlı yazmaq və yaymaqdan əl çəksəniz, biz də aktyorumuzu qorumaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.”

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova