//Ci Çanq Vuk (Ji Chang-wook) “The Fishermen and The City” verlişinin 91-ci buraxılışında

Ci Çanq Vuk (Ji Chang-wook) “The Fishermen and The City” verlişinin 91-ci buraxılışında

 

İ Dok Hva (Lee Deok-hwa), İ Kyonq Kyu (Lee Kyung-kyu) və Canq Doyonun (Jang Doyeon) iştirakı ilə Channel A kanalında yayımlanan “The Fishermen and The City” verlişinin 91-ci epizodunda, sevilən aktyor Ci Çanq Vuk (Ji Chang-wook) da yer aldı. Verlişin süjet xəttinə əsasən üç aparıcı və verlişin qonağı, Koreyanın bütün maraqlı, görməli yerlərinə səyahət edərək, ən yaxşı balıq tutmaq mümükün olan yeri kəşf etməlidir. Verlişin bu dəfə ki, buraxlışında Ci Çanq Vuk (Ji Chang-wook) və aparıcılar İnçon vilayətində oldular.

 

Bütün çəkiliş heyəti və verlişin qonağı Ci Çanq Vuk (Ji Chang-wook) həmin ərazidə 13 saat birlikdə vaxt keçirtdilər, balıq tutdular. Verlişin may ayının 30-u, Koreya vaxtı ilə saat 23:00 da Channel A kanalında yayımlanması planlaşdırılır.