//Ci Çanq Vuk (Ji Chang Wook) “The Big Issue Korea” jurnalına müsahibə verdi

Ci Çanq Vuk (Ji Chang Wook) “The Big Issue Korea” jurnalına müsahibə verdi

 

“The Big Issue Korea” jurnalının fotosesiya çəkilişlərində iştirak edən aktyor, jurnala müsahibə verib. Qeyd edək ki, sözügedən jurnal internet və metro stansiyalarında satılır. Jurnalın məqsədi evsiz-eşiksiz olan insanlara mənəvi dəstək olmaqdır. Jurnalda yayımlanan məqalələr həyata yenidən tutunmaq və özgüvəni artırmaq missiyasını daşıyır. Hərbi xidməti tamamladıqdan dərhal sonra gələn bu təklifə yox deyə bilməyən aktyor, tam əksinə belə önəmli layihənin bir hissəsi ola bilməkdən qurur duyduğunu qeyd edib. Müsahibə vaxtı tvN kanalının yeni serialındakı obrazından (serial haqqında ətraflı buradan oxuya bilərsiniz)  bəhs edərək, belə deyib: “Mən bu layihəyə razılıq verərkən düşündüm ki “dondurulma” ilə bağlı mövzu təzədir və gündəmdədir. Serialın rejissoru və senaristinə o qədər güvənirəm ki, maraqlı və mənalı olacağına əminəm” sözlərini qeyd edib. Daha sonra “yaxşı aktyor bu müsbət keyfiyytlərə malik olmalıdır” haqqında fikirlərini belə ifadə edib: “Bir layihədən digər layihə keçərkən hər bir aktyor peşəkarlaşır. Düşünürəm ki, məhz bu iş prosesi nəticəsində aktyorluq fəlsəfəsi əmələ gəlir. Aktyor canlandırdığı hər obrazdan nəsə götürərək sonda “özunü” tapır”. Sonda sevilən aktyor xoşbəxtlik haqqında danışaraq belə deyib: “Kimdəsə, nədəsə xoşbəxtlik axtarmaqdansa, siz o xoşbəxtliyi özünüzdə tapmalısınız. Özünüz özünüz ilə xoşbəxt olmağı bacarmalısınız”.

Hansamo ailəsi adından sevilən aktyora uğurlar arzulayır və bizimlə bölüşdüyü bu dəyərli fikirlərə görə ona təşəkkür edirik.