//Ci Çanq Vuk (Ji Chang-Wook), geri dönüş serialını seçdi

Ci Çanq Vuk (Ji Chang-Wook), geri dönüş serialını seçdi

Ötən günlərdə hərbidən tərxis olan Ci Çanq Vuk (Chang-Wook), tvN-nin “Let Me Melt” (“Melt Me”) serialında kişi baş rol obrazınə canlandıracaq.

Romantik-komediya, fantastika növündəki serial, bir layihə üçün bədənlərinin yalnız 24 saatlıq dondurulmasına könüllü olan bir kişi və bir qadının ətrafında baş verir. Ancaq sirli bir sui-qəsdə qurban gedən ikili, 24 saat sonra oyatmaq əvəzinə, 20 il sonra oyadılır. Və onların həyatda qalması üçün bədən temperaturları 31.5°C-də tutulmalıdır.

Ci Çanq Vuk serialda populyar bir televizya proqramının rejisoru Ma Donq Çan obrazını canlandıracaq. 24 saat ərzində insanların bədənlərinin dondurulduğu bir layihəyə qoşulur. Ancaq donandan 24 saat sonra oyadılması lazım olduğu halda, oyananda aradan 20 il keçdiyini öyrənir. Görünüşü 20 il əvvəlki kimi olsa da ailəsi, dostları və sevgilisi qocalmışdır.

Ci Çanq Vuk, 27 apreldə hərbidən tərxis olub və bu serial onun tərxis olduqdan sonrakı ilk layihəsi olacaq.

Serialın rejissor kreslosunda “Where Stars Land”, “Gu Family Book”, “Gentlemans Dignity” və “Secret Garden” seriallarının rejissoru Şin Vu Çol oturur. Serialın ssenaristliyini “The Miracle We Met”, “Woman of Dignity” və “Strong Woman Do Bong-Soon” seriallarını qələmə alan Bek Mi Kyonq edir.

Serialın bu ilin ikinci yarısında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan