//Ci Çanq Vuk (Ji Chang-wook) “City of Stars” serialında baş rol oynamağı planlaşdırır

Ci Çanq Vuk (Ji Chang-wook) “City of Stars” serialında baş rol oynamağı planlaşdırır

 

Sevimli aktyor Ci Çanq Vukun (Ji Chang-wook) hərbi xidmətinin bitməsinə sayılı günlər qalıb. Artıq o, ona təklif olunan yeni layihələrə baxır və seçməyə hazırlaşır. Aprel ayının 17-də KİV-nə verilən məlumatlarda sevimli aktyorun, Canq Cinin (Jang Jin) rejissorluğu ilə çəkilməyi planlaşdırılan “City of Stars” adlı yeni serialda baş rol qəhrəmanını oynamağı planlaşdırdığı deyilir. Aktyorun agentliyi tərəfindən verilən məlumatlarda belə deyilir: “Bizə bir neçə fərqli süjetləri olan layihə təklifləri gəlib. Amma aktyor “City of Stars” adlı serialın süjet xəttini bəyənərək ona razılıq verəcəyi haqqında düşünür. Hal-hazırda o, hərbi xidmətdə olduğuna görə biz tam dəqiq məlumat verə bilmərik”.

Qeyd edək ki, “City of Stars” adlı serialın süjet xətti kosmosdan bəhs edəcək. Serial kosmosa uçmağı arzu edən və orada təşkil olunan hazırlıq layihəsinin nümayəndəsi seçilən iki insandan bəhs edəcək. Serialın əvvəlcədən çəkilib daha sonra yayımlanması nəzərdə tutulur. Yayımlanması ilin növbəti yarısına planlaşdırılır. 

Ci Çanq Vuk (Ji Chang-wook) aprel ayının 27-də hərbi xidmətini başa çatdıracaq.

Səbirsizliklə yolunu gözləyirik.