//Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı

Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı

Ci Çanq Uk ( Ji Chang Wook ) əsgərlik günləri haqqında danışdı.

Mayın 15-i aktyor Naver V Live-də pərəstişkarları ilə söhbət etdi. O, əsgərlik vaxtlarından hekayələr danışdı və dedi: “Mən Çorvonda olanda çox şey baş verdi. Həyatımda ilk dəfə mən 4-5 gün çimmədən açıq havada təlim alırdım. Bu çətin, amma yaddaqalan idi.”

O, həmçinin dedi: “Mən əsgərlikdə 12 kq kökəlmişdim, lakin azad olmamışdan əvvəl sürətlə çəki itirdim.”