“Choon Entertainment” agentliyinin oğlanlardan ibarət yeni qrupu WITZ-ın çıxış hazırlıqları tamamalandı. Aprel ayının 29-da agentliyin nümayəndəsi bu xəbəri elan edərək belə deyib “Bizə məxsus WITZ qrupu may ayının 29 tarixində ilk albom ilə çıxış edəcək. Qrupun ümumi adı “WE IN THE ZONE” adlanır, qısaldılmış şəkildə WITZ olacaq. Xahiş edirik sevginizi və dəstəyinizi onlardan əsirgəməyin”. Bununla yanaşı agentlik qrupun ilk birgə şəkilini də paylaşıb.
“WE IN THE ZONE” (위인더존) “dəbdəbədə, mədəniyyətdə dəb yaradanlar” mənasına gəlir. Qrup 5 nəfərdən ibarətdir. Produce-101 musiq yarışımasından məşhur olan Kim Si Hyon (Kim Si Hyeon) da, qrupda yer alacaq. Qrupun digər üzvlərinin adları Yun Kyonq Hon (Yoon Kyeong Heon), İm Cim Yunq (İm Jim Young), Eson (Eson), Ci Men (Ji Men) adlanır.
Qrup öz çıxışı haqqında rəsmi Twitter və Instagram səhfəsində şəkil paylaşaraq belə yazıb “Nəhayət ki, albomuzun ilk çıxış tarixi bəlli oldu. Hamıya uğurlar arzulayırıq”. Qeyd edək ki, qrupun 3 üzvü daha əvvəldən bəlli idi.
[#위인더존] 저희 드디어 데뷔날짜가 정해졌어요!!🤩 오늘 하루도 열심히 연습할게요! 우리 멤버들 화이팅!!! pic.twitter.com/PDlA3CEDHG
— WE IN THE ZONE(위인더존) (@WeInTheZone_twt) April 29, 2019
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020