//Çoi Şi Von yeni bir serialda fırıldaqçı obrazında olacaq

Çoi Şi Von yeni bir serialda fırıldaqçı obrazında olacaq

Super Junior qrupundan Choi Si-Won`un KBS2`nin “Fellow Citizens” (“Dear Citizens”) adlı yeni serialında kişi baş rol obrazını canlandıracağı açıqlanıb.

27 Noyabrda, Choi Si-Won`un agentliyi SM Entertainment`dən bir mənbə, aktyor-müğənninin gələn il yayımlanacaq olan “Fellow Citizens” serialında yer alacağını təsdiqləyib.

Dram-komediya-cinayət janrındakı serial, polis məmuru ilə evlənən bir fırıldaqçının ətrafında dönür. Bir gün, özünü bir cinayət işinin içində tapır və bunun nəticəsində Milli Məclisin bir üzvü kimi çalışmağa başlayır.

Choi Si-Won serialda bir fırıldaqçı olan Yang Jung-Kook obrazını canlandıracaq. Dələduzluq edən bir ailədən gəlir. Sevgilisi ilə evlənmək üçün pula ehtiyacı vardır. Pul qazanmaq üçün insanlara bir sələmçi kimi yanaşır və onları aldadır. Ancaq bir gün özünü ələ verir.

Serialın ssenari müəllifiyini “Vampire Prosecutor”, “Bad Guys”, “Squad 38” və “Missing 9” seriallarını qələmə alan Xan Jung-Hoon edir.

Serialın ilk seriyasının Mart 2019-ci il yayımlanması planlaşdırılır.(guneykoresinemasi)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)