//Choi Jong Hoon məhkəmə zamanı ağlayaraq Seungridən üzr istəyib

Choi Jong Hoon məhkəmə zamanı ağlayaraq Seungridən üzr istəyib

FT Island qrupunun keçmiş üzvü və məşhur “Molka” söhbət qrupunun üzvü Choi Jong-hoon qatıldığı məhkəmədə ağlayaraq Seungridən üzr istəyib.

Aprelin 29-u Seungrinin məhkəməsi zamanı şahid qismində iştirak edən Choi Jong Hoon verdiyi yalnış ifadələrə və bu ifadələrin əsasında hadisənin başqa yerlərə çəkdiyi üçün üzr istəyib.

Choi Jong-hoon, “Polis məndən mənimlə əlaqəli olmayan şeyləri soruşmaqda israr edirdi. Mənə Burning Sundan başlayaraq, Kakaotalk qrupuna qədər suallar verilirdi. Hadisə haqqında məlumatım olmasa belə, öz fərziyyələrimi deməyə başladım. Çünki, verəcəyim ifadələrin mənə və başqalarına zərər verəcəyini düşündüm. İstintaq 12 saat çəkmişdi və mən tez onun bitməsini istəyirdim. Polislər günahların Seungrinin üstünə atılması üçün təzyiq göstərirdi.”

Bundan əlavə məhkəmədə şahidlər polisin ifadələri öz istəklərinə uyğun dəyişdirdiklərini də bildiriblər. İstintaq zamanı polislərdən biri istintaqın səhv getdiyini, dəlil olmasa belə hadisənin Seungrinin üzərinə yıxıldığının fərqinə varıb. Ancaq, həmin polisin rütbəsi də aşağı salınıb və vəzifədən uzaqlaşdırılıb.

Sonuncu məhkəmədə şahidlər və qurbanlar hadisədə Seungrinin günahsız olduğunu və bütün cinayətlərin Seungrinin üzərinə atıldığını açıqlayıblar. Bundan sonra netizenler #justiceforseungri #apologizetoseungri haştaqları ilə Seungridən üzr istəməyə və dəstək olmağa başlayıb.

Elmina Səfərova