//“Children of Nobody” serialının yeni bir fraqmenti yayımlandı

“Children of Nobody” serialının yeni bir fraqmenti yayımlandı

Əsas heyətində Kim Sun-A, Lee Yi-Kyung, Nam Gyu-Ri və “VIXX” qrupundan Cha Hak-Yeon`un (N) yer aldığı “Children of Nobody” (“Red Moon, Blue Sun”) serialının üçüncü fraqmenti yayımlandı.

Serialdakı hadisələr, qarşılaşdığı sirli hadisədən sonra həyatı alt-üst olan bir qadının ətrafında dönür. Cha Woo-Kyung (Kim Sun-A) mükəmməl bir həyata sahibdir. Peşəsini sevir, nəzakətli və yaxşı bir həyat yoldaşı var və ikinci uşağına hamilədir. Ancaq bir qəza meydana gəlir və bu qəza sonrasında mükəmməl olan həyatı alt-üst olur. Bir çox həqiqətlə üzləşir və bu həqiqətləri ortaya çıxarmağa çalışır.

Serialın rejissor kreslosunda “Horse Doctor”, “Two Weeks” və “Triangle” seriallarının rejissorlarından Choi Jung-Kyu oturur. Serialın ssenari müəllifi “The Village: Achiara`s secret” serialını qələmə alan Do Hyun-Jung`dır.

Serialın ilk seriyasının 21 Noyabrda yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)