//“Chanel” brendinin təşkil etdiyi tədbirdə Cenni (Jennie) və Pharrell Williams birgə iştirak edəcək

“Chanel” brendinin təşkil etdiyi tədbirdə Cenni (Jennie) və Pharrell Williams birgə iştirak edəcək

BLACKPINK sevənlərini qeyri-adi işbirliyi gözləyir. Belə ki, qrupun üzvü olan Jenni Chanel brendinin təşkil etdiyə tədbirə dəvət olunub. O, bu tədbirdə Pharrell Williams ilə birgə çıxış edəcək. Koreyalı YouTube bloger Classsy öz şəxsi Instagram səhfəsində Chanel brendinin təşkil etdiyi “Chanel — Pharrell Celebration Party” tədbirinə dəvət aldığını qeyd edib. Bununla yanaşı o, “Eşitmişəm ki, bu tədbirdə Jenni və Pharrell Williams birlikdə çıxış edəcəklər” deyib. Chanelin təşkil etdiyi “Chanel — Pharrell Celebration Party” adlı tədbir bu gün baş tutacaq. Bu sözlərin nə dərəcədə həqiqət olub olmadığını bu gün biləcəyik. Bizi izləməyə davam edin.

 

TAGS: